EN

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar

Bakı, 1 avqust, AZƏRTAC

İyulun 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 nəfər Əfqanıstan vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Bu barədə AZƏRTAC-a DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Chosen
40
18
azertag.az

10Sources