EN

Mask Trampa 15 milyon dollar ianə verib?

Amerikalı milyarder iş adamı İlon Maskın aralarındakı sözlü qarşıdurma və gərginliyə baxmayaraq, iyun ayında ABŞ Prezidenti Donald Trampa və Respublikaçılara 15 milyon dollar ianə etdiyi ortaya çıxıb. 

"Cebheinfo.az" xəbər verir ki, “Politico” nəşrinin Federal Seçki Komissiyasının məlumatlarına əsaslanaraq bildirdiyinə görə, Maskın ictimaiyyət qarşısında dəfələrlə ziddiyyət yaşadığı Trampa dəstəyi davam edir. Sənədlər İlon Maskın Trampın seçki kampaniyası olan MAGAya iyun ayında 5 milyon dollar verdiyini göstərir. 

Bundan əlavə, Mask 27 iyun tarixində Respublikaçıların Konqres Liderliyi Fondu və Senat Liderliyi Fonduna da ayrı-ayrılıqda 5 milyon dollar olmaqla ianə edib. Həmin təşkilatların respublikaçıların Konqresdəki təsiri və Trampın siyasi fəaliyyətləri baxımından mühüm rol oynadığı vurğulanan xəbərdə Maskın bu ianələrdən cəmi bir həftə sonra öz siyasi partiyasını yaradacağını elan etdiyi də xatırladılıb. Təşkilatlardan hələlik heç bir açıqlama verilməyib. 

Chosen
8
cebheinfo.az

1Sources