EN

Nyu Yorkda metro stansiyaları su altında qaldı VİDEO

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin şərq sahilini vuran güclü fırtına və leysan yağışları səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şəhərdə küçələr gölə dönüb, metro stansiyalarını su basıb. Newark, LaGuardia və John F. Kennedy hava limanlarında yüzlərlə reys təxirə salınıb və ya ləğv edilib.

New York şəhərinin meri Erik Adams, güclü yağış və sel səbəbilə yerli vaxtla səhər saat 08:00-a qədər fövqəladə vəziyyət elan edildiyini bildirib. O, xüsusilə zirzəmi qatında yaşayan sakinləri daha yüksək ərazilərə köçməyə çağırıb.

Hadisə ilə bağlı daha bir faciə Maryland ştatında qeydə alınıb. Carroll County yanğınsöndürmə xidmətinin məlumatına görə, bir mənzilin yaxınlığında sel sularına qapılan uşaq həyatını itirib. 50 xilasedici uşağı xilas etməyə çalışsa da, təxminən bir saatlıq səylərə baxmayaraq, o, hadisə yerində ölüb.

Oksana

PAYLAŞ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
azxeber.com

1Sources