EN

Sloveniya İsrailə silah ticarətini tamamilə qadağan etdi

BAKI, TurkicWorld, Nailə Babazadə

Sloveniya hökuməti baş naziri Robert Qolobun göstərişi ilə İsrailə silah ixracına, idxalına və Sloveniyadan İsrailə silah tranzitinə tam qadağa qoyulduğunu elan edib. Sloveniya İsraillə bütün silah ticarətini qadağan edən ilk Aİ ölkəsi olub

TurkicWorld xəbər verir ki, Sloveniya hökuməti yazılı açıqlamada, Baş nazir Robert Qolobun tövsiyəsinə uyğun olaraq, Sloveniyanın İsrailə silah ixracı və idxalını və Sloveniya ərazisindən İsrailə silah tranzitini qadağan etmək qərarına gəldiyini bildirib.

Avropa Birliyinin (AB) daxili fikir ayrılıqları və parçalanmalar səbəbiylə belə bir qərar verə bilmədiyi vurğulanan açıqlamada, "Bunun nəticəsi utancvericidir. Qəzzada insanlar sistematik olaraq humanitar yardımdan məhrum olduqları üçün ölürlər. İçməli su, qida və səhiyyə imkanlarından məhrumdurlar. " - deyə bəyanatda yer alır.

Bəyanatda, İsrailin qəsdən humanitar yardımlara çıxışını əngəllədiyi vurğulanaraq, "Belə vəziyyətlərdə məsuliyyət daşıyan hər bir dövlət hərəkətə keçməlidir. Sloveniya beynəlxalq hüququn və insan haqlarının qorunması üçün prinsipial bir müdafiəçidir" - deyə qeyd edilib.

Qeyd edək ki, Sloveniya Xarici İşlər Nazirliyi özünün X sosial media hesabında bir yazıda İsrailin Liviyaya yeni təyin olunmuş səfiri Rut Koen Darı nazirliyə dəvət etdiyini açıqlayıb.

Sloveniya Xarici İşlər Nazirliyi Qəzzaya təcili humanitar yardımların çatdırılmasının məhdudlaşdırılması nəticəsində baş verən dözülməz humanitar fəlakətə etiraz etmək üçün diplomatik təşəbbüslə İsrailin Sloveniyada akkreditə olunmuş səfirini nazirliyə çağırıb. Sloveniya İsraili mülki əhalinin öldürülməsini və aclıqdan ölməsini dərhal dayandırmağa çağırıb.

Baş nazir Qolob, İsrailin hücumlarını davam etdirdiyi Qəzzada humanitar böhran üçün AB-nin konkret addımlar atmaması halında, İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir və Maliyyə Naziri Bezalel Smotriçin Sloveniyada “persona non-qrata” elan edildiyi halda hərəkətə keçəcəyini bildirmişdi.

Sloveniya Parlamenti həmçinin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrinə uyğun olaraq 4 iyun 2024-cü ildə Fələstini 1967-ci il sərhədləri ilə müstəqil və suveren dövlət kimi tanıdı.

Chosen
32
turkic.world

1Sources