Bu fimirlıri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamaslnda söyləyib. Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinə qarşı İranın ayrı-ayrı siyasi xadimlərinin fərqli münasibət sərgiləməsi təəssüf doğurur:
"Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi bütün regionun inkişafına xidmət edir, əməkdaşlığı gücləndirir və iqtisadi dividendlər vəd edir. Bunu qəbul etməmək tamamilə yolverilməzdir və regionun inkişafına da mənfi təsir göstərir. Bu baxımdan hesab edirəm ki, İranın Ali Dini Liderinin müşaviri cənab Vilayəti bu cür açıqlamalardan çəkinməlidir.
Çünki Vilayəti regionumuzu çox yaxşı tanıyır, biz də onu çox yaxşı tanıyırıq və bu cür fikirlər regionda təhlükəsizlik sisteminin güclənməsinə əngəl yaradır. Axı Zəngəzur dəhlizi həm də sülhü, əməkdaşlığı və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcək".
Zeynəb Mustafazadə