EN

Tramp Rusiyanın Kiyevə hücumunu “iyrənc və utancverici” adlandırıb – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Kiyevə raket zərbəsini sərt şəkildə qınayıb. Hücum nəticəsində 28 nəfər ölüb, təxminən 160 nəfər yaralanıb. 

Olaylar.az xəbər verir ki, Tramp bu fikirləri məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O əlavə edib ki, Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək, lakin bu tədbirlərin Rusiya Prezidenti Vladimir Putinə təsir edib-etməyəcəyinə əmin deyil: "Bilmirəm, bu təsir göstərəcəkmi, amma biz bunu edəcəyik".

Tramp həmçinin bildirib ki, müharibə dərhal dayandırılmalıdır: "Həftədə 7 min hərbçi həlak olur - ukraynalı və rus. Şəhərlərdə də insanlar ölür, çünki Putin raketlərlə hücum edir. Bu, utancvericidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources