EN

İlqar Əlfioğlu: Qarabağ işğalda olanda Arif Babayev öz qan yaddaşını səsinə köçürməyi bacarmışdı

“Arif Babayev çox böyük sənətkar idi. O, Qarabağ işğalda olan dövrdə öz qan yaddaşını səsinə köçürməyi bacarmışdı”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında APA Media Məktəbinin təlimçisi, Əməkdar jurnalist İlqar Əlfioğlu deyib.

“Təkcə qarabağlılar üçün yox, bütün Azərbaycan üçün əvəzsiz şəxsiyyət idi. Səsi də, özü də sanballı idi Arif müəllimin. Bütün xalqımıza başsağlığı verirəm”, - o qeyd edib.

Chosen
38
apa.az

1Sources