Azərbaycan sərhədini İran istiqamətindən pozmağa cəhd edən şəxslər saxlanılıblar.
Bu barədə News365.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.
Verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 Əfqanıstan vətəndaşı - 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.