ain.az bildirir, Ayna saytına əsaslanaraq.
Yeni tariflər bu gün deyil, bir həftə sonra tətbiq olunacaq
ABŞ Prezidenti Donald Trampın yeni tarifləri planlaşdırıldığı kimi avqustun 1-də deyil, bir həftə sonra tətbiq olunacaq. AYNA.AZ xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“Tariflər Gömrük və Sərhəd Mühafizəsinə dəyişiklik etməyə kifayət qədər vaxt vermək üçün avqustun 7-də tətbiq ediləcək”, - deyə kanal qeyd edib.
Eyni zamanda, Kanadaya tətbiq edilən tariflər bu gündən - avqustun 1-dən qüvvəyə minir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.