Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 1 avqust, AZƏRTAC
Xarici İşlər Nazirliyi (XİN) Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna 2025-2026-cı illər üzrə könüllülərin qəbulunu elan edir.
XİN-dən AZƏRTCA-a bildirilib ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə Nazirliyin rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.
Avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir.
Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.