EN

Castin Timberleyk xəstəliyə yoluxdu

12:10 01.08.2025
12:10 01.08.2025

Bir neçə gün öncə Bakıda konsert verən məşhur müğənni Castin Timberleyk Laym xəstəliyinə yoluxub.

Mynews.az xəbər verir ki, bu barədə müğənni özünün sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

Timberleyk xəstəliyin həm fiziki, həm də zehni cəhətdən yorucu olduğunu bildirib:

“Mənim üçün pis olmayasınız deyə bu barədə danışmaq istəmirdim. Amma səhnə arxasında nələr yaşadığımı izah etmək üçün bunu paylaşıram. Bu xəstəlik çox yorucudur”.

Qeyd edək ki, Laym xəstəliyi əsasən, gənə dişləməsi nəticəsində yayılır və ABŞ-ın bir çox bölgəsində son illərdə yayılmağa başlayıb.


Chosen
72
4
mynews.az

5Sources