EN

Avqustda bizi görün hansı astronomik hadisələr gözləyir

Moskva Planetariumunun (göy cisimlərini təqlid edərək, yarımdairəvi bir qübbənin içərisində nümayiş etdirən elm və təhsil müəssisəsi) astrofizikləri bizə avqust ayında hansı astronomik hadisələrin baş verəcəyini bildiriblər.

Publika.az xəbər verir ki, bu hadisələrdən biri Perseid, yəni hər il avqust ayında müşahidə olunan meteor axınının zirvəsi olacaq.

Qeyd edək ki, perseidlər avqustun 12-də saatda 150 meteorla zirvəyə çatacaq. Onlar səmanın istənilən yerində görünəcəklər. Onları şəhər işığının çirklənməsindən uzaq yerlərdən izləmək tövsiyə olunur.

Moskva Planetariumu həmçinin avqustun 9-da tam ayın olacağını və ay ərzində şimal enliklərinin alaqaranlıq səmasında gecə buludlarının gözlənildiyini bildirib.

Chosen
9
publika.az

1Sources