EN

"Bakı Dialoqları" jurnalının 2025-ci il yay buraxılışı dərc olunub

Bakı. Trend:

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblükingilisdilli nəşri olan "Bakı Dialoqları" ("Baku Dialogues")jurnalının yay buraxılışı işıq üzü görüb.

Trendxəbər verir ki, bu barədə ADA Universiteti məlumat yayıb.

Bildirilib ki, bu buraxılışda regional siyasət, çoxtərəflidiplomatiya və qlobal çağırışlar kontekstində aparılan müzakirələriəks etdirən analitik məqalələr yer alır.

Buraxılışın əsas müsahibəsi Azərbaycanın xarici işlər nazirininmüavini Yalçın Rəfiyev ilə aparılıb. “Azərbaycanın ÇoxtərəfliDiplomatiya Mövqeyi” adlı müsahibədə ölkəmizin beynəlxalqtəşkilatlarla əməkdaşlıq prioritetləri və çoxtərəfliplatformalardakı rolu ətraflı təqdim olunur.

Nəşrdə həmçinin Azərbaycanın yaşıl enerji gündəliyindəki artanrolu da vurğulanır. Xəzər-Qara dəniz enerji dəhlizi vasitəsiləregional inteqrasiya təşəbbüsləri, həmçinin "yaşıl enerjidiplomatiya" çərçivəsində enerji təhlükəsizliyinə töhfələr genişşəkildə təqdim edilir.

Jurnalın “D-8 və Azərbaycan: “İslam Səkkizliyi” və Qlobal GücTarazlığındakı Dəyişikliklər” adlı məqaləsində isə Azərbaycanın buplatforma çərçivəsində mövqeyi və əməkdaşlığın genişlənməsiimkanları araşdırılır.

Nəşrdə Cənubi və Mərkəzi Asiyada regional təhlükəsizlik vəəməkdaşlığı təşviq edən CICA (Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirə) çərçivəsində Azərbaycanınüzvlüyünün yaratdığı imkanlar və bu platformadakı sədrliyininoptimallaşdırılması yolları müzakirə olunur.

Digər əsas başlıq “Dəyişən Geosiyasət” qlobal güc balansındakıtransformasiyaları və beynəlxalq aktorların mövqelərini təhlil edənməqalələri təqdim edir. Bu bölmədə, Avropa İttifaqınıntransformasiya yollarını qiymətləndirməklə onun hazırkı vəziyyətinivə gələcək imkanlarını araşdırır. Daha sonra “ABŞ İsrail–Azərbaycanİttifaqını Niyə Dəstəkləməlidir?” adlı məqalədə Azərbaycan-İsrailikitərəfli tərəfdaşlığı dünya siyasətində daha geniş tendensiyalarıəks etdirsə də, potensial olaraq genişləyə və ABŞ-a fayda verəbiləcəyi vurğulanır.

Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün bakudialogues.ada.edu.az saytına daxil olabilərsiniz.

Məqalədə:
Chosen
6
3
az.trend.az

4Sources