EN

Anna Skidan dünya çempionatını buraxacaq

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Dördqat Olimpiya iştirakçısı Anna Skidan, böyük ehtimalla, Yaponiyanın paytaxtı Tokioda keçiriləcək atletika üzrə dünya çempionatını buraxacaq.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının idmançısı ana olmağa hazırlaşır və hazırda analıq məzuniyyətindədir.

Bu səbəbdən çəkicatmada çıxış edən idmançı mövsümün əsas yarışı üçün forma yığa bilməyəcək.

Skidanın yüksək nəticələri və reytinqdəki mövqeyi ona dünya çempionatında iştirak etməyə imkan verirdi.

Qeyd edək ki, atletika mundialı sentyabrın 13-21-də keçiriləcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
1
icma.az

2Sources