ain.az, Hurriyyet portalına istinadən məlumat verir.
Hurriyyet.az xəbər verir ki, ötən sutka ərzində Kamçatkada 120 təkan qeydə alınıb. Bu barədə Kamçatka diyarının Fövqəladə Hallar Baş İdarəsində məlumat verilib. Məlumatda deyilir: "Sutka ərzində 3,5-6,7 bal gücündə 120 afterşok qeydə alınıb".
Yaşayış məntəqələrində təkanların gücünün 2-5 bal aralığında olduğu bildirilir. İdarədə bölgədə vulkanik fəallığın artdığının qeydə alındığı da diqqətə çatdırılıb - turistlərə və sakinlərə həmin ərazidən uzaq durmaq tövsiyə edilib.
Kamçatkadakı Klyuçevskoy vulkanının cənub-qərb yamacından enən lava axını Boqdanoviç buzlağına doğru hərəkət edir. Bu barədə "Vulkanı Kamçatki" "Teleqram" kanalı məlumat verib.
Kanalı bildirib ki, uzunluğu bir kilometr yarım olan axın yarımadanın ən böyük buzlaqlarından birini əritmək təhlükəsi yaradır. Onun əriməsi Studenaya çayının yatağında sel axınına səbəb ola bilər.
Hürr Tərcüman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.