EN

Ermənistan prezidentindən daha bir açıqlama: “Sülh mütləq olacaq”

Ermənistanın prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla münasibətlər barədə daha bir açıqlama verib.

Tribunainfo.az xəbər verir ki, dünən Gorusda səfərdə olan İrəvanın rəhbəri yerli əhali ilə görüşdə bəzi fikirlər səsələnidirib.

O deyib ki, sülh mütləq olacaq. “Olacaq, sülh mütləq olacaq. Elə onun üçün çalışırıq”.

Xatırladaq ki, Xaçaturyan bir neçə gün əvvəl Zəngəzur sakinləri ilə görüşdə də analoji açıqlama verərək, dəhlizin açılmasının vacib olduğunu demişdi. O bildirmişdi ki, Zəngəzur dəhlizi açılarsa, bölgə sürətlə inkişaf edəcək.

Fərda Uğur

Chosen
15
1
tribunainfo.az

2Sources