EN

Bakıda bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sabah saat 08:00-dan 3 avqust saat 22:00-dək Bakının Nərimanov rayonu, Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna səbəb həmin ərazidə təmir işlərinin aparılmasıdır.

Bununla əlaqədar, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
62
49
operativmm.az

10Sources