EN

Neftçi Kipr klubu ilə qarşılaşır

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti hazırlıq matçını keçirəcək.

Sportal.az xəbər verir ki, Bakı təmsilçisi AEL-lə qarşılaşacaq. Kipr klubu ilə görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" Polşada iki yoxlama oyununa çıxıb. Samir Abbasovun komandası yerli "Termalitsa Nyeçetşa" ilə 2:2, İsrailin "Hapoel" (Tel-Əviv) klubu ilə isə 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar"ın "Asteras Tripolis"lə matçı güclü yağış səbəbindən təxirə salınıb.

Yoxlama oyunu

18:00. "Neftçi" - AEL

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
1
sportal.az

2Sources