EN

"Putin heç vaxt məzuniyyətə çıxmır" - KREML

“Rusiya prezidenti Vladimir Putin heç vaxt rəsmi olaraq məzuniyyətə çıxmır, lakin bəzən bir-iki gün istirahət edir. Belə olduqda da fiziki olaraq tam istirahət günü olmur”.

 

Sfera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “Yunashev Live” Telegram kanalına açıqlamasında Rusiya prezidenti Vladimir Putinin məzuniyyət planlaşdırması ilə bağlı sualı cavablandırarkən deyib.
 

"Əslində, dövlət başçısının funksiyaları məzuniyyətə getmək imkanını nəzərdə tutmur" – deyə o, qeyd edib.

Chosen
60
2
sfera.az

10Sources