ain.az, Yenisabah portalına istinadən məlumat verir.
Paytaxtın Yasamal rayonunda yolun bərbad vəziyyətdə olan asfalt örtüyü sürücülərə çətinlik yaradır.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, söhbət Məhəmməd Hadi küçəsi ilə gedəndə, yolun Yasamal parkı tərəfdə olan hissəsindən, yenicə işıqfor quraşdırılmış ərazisindən gedir. pizza sifarişi
"Hərəkət sürətim 50-53 km/saat idi. Qarşıdan gələn avtomobilə yol vermək üçün sağa çəkildiyim anda çalaya düşdüm. Ən təhlükəlisi də budur ki, yol sahəsində hər hansı xəbərdaredici nişan, lent və ya işıqlandırıcı vasitə yox idi. Açıq-aşkar görünür ki, burada qazıntı və ya təmir işləri aparılıb, lakin nə xəbərdarlıq lövhəsi, nə də təhlükəsizlik tədbiri qoyulmayıb".
Şikayətçi bildirib ki, hadisə nəticəsində maşınına ziyan dəyib.
Hadisə anına dair kadrları təqdim edirik:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.