EN

Kiyevə raket yağışı: 8 ölü, 130 yaralı

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum nəticəsində 8 nəfər həlak olub, 130-dan çox insan yaralanıb. Şəhərin yaşayış məntəqələrində ciddi dağıntılar qeydə alınıb.

News24.az xəbər verir ki, Rusiya tərəfindən Kiyevə 309 pilotsuz uçuş aparatı (PUA) və 8 qanadlı raket buraxılıb. Raketlərdən biri yaşayış binasına düşərək binanı tamamilə məhv edib. Dağıntılar altında qalanlar saatlarla davam edən xilasetmə əməliyyatı ilə çıxarılıb.

Hadisə şahidlərindən biri yaşadıqları dəhşəti belə təsvir edib:

“Siren səsləndi, ən kiçik övladımla birlikdə tibb mərkəzinə sığındıq. Gecə saat 2-yə qədər orada qaldıq. Sonra evə döndük və təxminən bir saat sonra hava hücumu yenidən başladı. Qapılar qopdu, uşağım dəhşətli qışqırırdı. Onun yaralandığını düşündüm. Gecə paltarı ilə çölə qaçdıq. Hər yer yanırdı. Çox qorxunc idi”.

Qeyd edək ki, bu hücum ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə qarşı tətbiq ediləcək sanksiyalarla bağlı vaxt məhdudiyyətini qısaltmasından sonra Moskvanın Kiyevə qarşı həyata keçirdiyi ən genişmiqyaslı hücum kimi qiymətləndirilir.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
news24.az

2Sources