EN

Pakistan ilk dəfə ABŞ dən neft alıb

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Pakistanın ən iri neft emalı şirkəti olan "Cnergyico" oktyabr ayında etibarən ABŞ-dən 1 milyon barel "West Texas Intermediate" (WTI) markalı neftin idxalını həyata keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Cnergyico" şirkətinin direktorunun müavini Usama Qureyşi açıqlamasında artıq ilk partiyanın "Vitol" adlı xammal treyderindən alındığını bildirib.

"Əgər o, kommersiya baxımından faydalı və əlverişli olarsa, ay ərzində azından bir partiya idxal edəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, neft sazişi ABŞ Prezidenti Donald Trampın Pakistan ixracatını əhəmiyyətli tariflərlə hədələdikdən bir neçə ay sonra baş verib və bu, İslamabadı Vaşinqtonla enerji və ticarət əlaqələrini genişləndirməyə sövq edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
2
oxu.az

3Sources