EN

Rusiyalı iş adamlarının sərvəti artıb: İlk yerdə kim qərarlaşıb?

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 20.163 milyard dollar artıb.

Oxu.Az-ın xəbərinə görə, bunu "Bloomberg" agentliyinin dərc etdiyi, xüsusən də şirkətin səhmlərinin dəyəri əsasında hesablanan "Milyarderlər indeksi" ("Bloomberg Billionaires Index") sübut edir.

"Bloomberg Billionaires Index"inə əsasən, "Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 3.27 milyard dollar qazanıb və onun sərvəti 14.3 milyard dollar təşkil edib, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"in səhmdarı Alişer Usmanovun sərvəti isə 3.12 milyard dollar artaraq 16.3 milyard dollara çatıb.

Ən böyük itkiyə isə NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin məruz qalıb - onun sərvəti 3.58 milyard dollar azalaraq 22.2 milyard dollar olub.

Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı "Bloomberg Billionaires Index"i dərc edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
oxu.az

1Sources