"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşacaq.
Şimali makedoniyalılar II təsnifat mərhələsindən FKSB-ni mübarizədən kənarlaşdırıblar.
"Şkendiya" hər iki oyunda güclü rəqibini məğlub edərək, sürprizə imza atıb (1:0, 2:1).
"Qarabağ" "Şkendiya" ilk görüşü avqustun 5-6-da səfərdə keçirəcək, cavab matçı isə 12-də Bakıda olacaq.