EN

İlkin Əhmədov: “İki gün əvvəl yuxuma girdiniz, dediniz ki…” - FOTO

Əməkdar artist İlkin Əhmədov bu gün vəfat edən Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi iki gün öncə müəllimini yuxuda gördüyünü bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Arif Babayev vəfat etdi


“Sənin quru nəfəsin bizə dünya boyda nəfəs, təsəlli, qürur, şərəf və işıq idi, ustad. Yuxuma girdin 2 gün əvvəl, son dərsimiz idi: “Bala, biraz oturun, sonra gedin hamınız”.

Gülər və gözəl üzün daha da gümrah, gözəl, nurlu idi.  

Dedim, Allahım, bu vəziyyətdən yaxşı çıxsın ustad, gedib ziyarət edim. Ruhun şad olsun, böyük insan və əfsanə sənətkar.  

Səni hər zaman qəlbimizdə ölməz olaraq yaşadacağıq...”


Bizim.Media

Chosen
40
bizim.media

1Sources