EN

İsrail təcrid olunma riski ilə üz-üzədir- Almaniya XİN rəhbəri

BAKI, TurkicWorld

İsrailin beynəlxalq aləmdə təcrid olunma təhlükəsi ilə qarşı-qarşıyadır.

TurkicWorld xəbər verir ki, bu barədə İsrailə rəsmi səfəri çərçivəsində Almaniya xarici işlər naziri Yohann Fadenvol çıxışında bildirmişdir. O, İsrailin getdikcə beynəlxalq aləmdə daha çox tək qaldığını və bu vəziyyətin narahatedici olduğunu vurğulayıb.

“Əgər bu riskin qarşısını almaq bir dövlətin məsuliyyəti sayılırsa, bu dövlət Almaniyadır.” – deyə nazir bildirib.

Fadenvol həmçinin İsrail hökumətini Qəzza zolağında getdikcə pisləşən humanitar vəziyyətə təcili müdaxilə etməyə çağırıb.

“Qəzzada insanlar hər gün aclıq içində yaşayır. Qadınlar, uşaqlar və kişilər sadəcə yemək tapmaq ümidi ilə həyatlarını itirirlər. Bu, dözülməz vəziyyətdir və dərhal dəyişməlidir.”- deyə o qeyd edib.

Nazir, BMT-nin son iki dövlətli həll konfransında ABŞ və İsrailin iştirak etməməsini xatırladaraq, bunun Tel-Əvivin beynəlxalq səviyyədə təcrid olunduğunun göstəricisi olduğunu bildirib.

Fadenvol eyni zamanda Avropada getdikcə daha çox ölkənin Fələstini danışıqsız tanımağa meylləndiyini qeyd edib. O, İsrail hökumətindəki bəzi şəxslərin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək çağırışlarını Avropada narahatlıqla qarşılandığını da vurğulayıb.

Xatırladaq ki, ötən həftə İsraildə 70-dən çox deputat, o cümlədən Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiyanın üzvləri işğal olunmuş İordan çayının qərb sahilinin ilhaqını tələb edən sənədi təsdiqləmişdi.

Chosen
20
turkic.world

1Sources