EN

İsti havanın beynə gözlənilməz təhlükəsi açıqlandı

İsti

Avstraliyalı tədqiqatçılar (RMIT və Yeni Cənubi Uels Universiteti) apardıqları araşdırmada müəyyən ediblər ki, isti iqlimdə yaşayan və təhsil alan uşaqlar məntiqi düşüncə, abstrakt anlayış və diqqət tələb edən tapşırıqlarda — xüsusilə riyaziyyat dərslərində — zəif nəticələr göstərirlər. Tədqiqat PLOS Climate jurnalında dərc olunub və 61 ölkədən 14,5 milyon şagirdin məlumatları əsasında aparılıb.Ən çox təsirə məruz qalanlar isə az imkanlı ailələrdən olan uşaqlardır; onlar daha çox kondisionersiz məktəblərdə oxuyur və əlavə dərs dəstəyi ala bilmirlər. Bu isə onların kognitiv qabiliyyətlərinin daha çox azalmasına səbəb olur.Alimlər bildirirlər ki, bu vəziyyət gələcəkdə təhsil fərqliliyini artıracaq, intellektual inkişafı yavaşladacaq və sosial bərabərsizliyi dərinləşdirəcək.Araşdırma müəllifləri təhsil siyasətində iqlim faktorlarının nəzərə alınmasını və məktəblərdə soyutma sistemlərinin yenilənməsini, qlobal istiləşmə şəraitində təhsil metodlarının yenidən qiymətləndirilməsini tövsiyə edirlər.Ulusum.az

Diqqət Çəkənlər

İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin

Azərbaycanlı idmançı faciəvi şəkildə həyatını itirdi

Moskva yaxınlığında yanğın kabusu - Beşmərtəbəli binada bir nəfər həyatını itirdi

Chosen
7
ulusum.az

1Sources