EN

Ələtdə yol qəzasında 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Bu gün saat 08:00 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 70-ci kilometrliyində Zaman Orucovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi ilə Vüsal Əliyevin idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsi toqquşub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan avtomagistral yollarda hərəkət zamanı sürət həddini nəzarətdə saxlamağı, ara məsafəni düzgün tənzimləməyi, sükan arxasında heç bir halda əlavə diqqət yayındırıcı hərəkətlərə yol verməməyi xahiş edir”- deyə, məlumatda qeyd edilib.

09.21

Ələtdə yol qəzası baş verib.

Qəza zamanı "Niva" və 2 "Toyota" markalı avtomobillər toqquşub.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

"Cebheinfo.az" 

Chosen
28
2
cebheinfo.az

3Sources