EN

Yabanı halda bitmiş 5 minə yaxın çətənə kolu məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 31-də ümumi çəkisi 20,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 28 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 730 kiloqram çəkidə 4 min 566 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

"Cebheinfo.az" 

Chosen
39
8
cebheinfo.az

10Sources