EN

Türkiyədə Narkotik Əməliyyatı: 70 Şəhərdə 940 Nəfər Saxlanıldı

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Daxili İşlər Nazirliyi ölkə miqyasında narkotiklərlə mübarizə çərçivəsində genişmiqyaslı əməliyyatlar həyata keçirib.

TurkicWorld xəbər verir ki, son 10 gün ərzində 70 şəhərdə aparılan əməliyyatlar nəticəsində 565 kiloqram narkotik maddə və 357 min 180 ədəd narkotik tərkibli həblər ələ keçirilib.

Əməliyyatlarda ümumilikdə 940 şübhəli saxlanılıb.

Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yayımladığı açıqlamada, əməliyyatların 1420 qrup, 3 min 550 polis əməkdaşı, 13 hava vasitəsi və 49 narkotik detektor itinin iştirakı ilə həyata keçirildiyini bildirib.

Yerlikaya, əməliyyatların uğurla həyata keçirilməsində əməyi olan, prokurorluqlara, Narkotiklərlə Mübarizə Baş İdarəsinə, şəhər polis idarələrinə və əməliyyatlarda iştirak edən polis əməkdaşlarına təşəkkürünü ifadə edib.

Chosen
19
turkic.world

1Sources