Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqasının (ÇL) oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Hacı-Məhərrəmov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 6-da Bolqarıstanın Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.