EN

Tramp Kanada mallarına rüsumları 35 faizə qaldırıb

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yeni tariflər sabahdan qüvvəyə minəcək

ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan mallara tətbiq edilən rüsumları 25 faizdən 35 faizə qaldırıb.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Ağ Evdən verilən məlumata görə, bu qərar Kanadanın fentanil alverinin qarşısının alınmasında hərəkətsizliyi və əks tədbirlərə cavab olaraq qəbul edilib.

Yeni tariflər sabahdan qüvvəyə minəcək.

Qeyd edək ki, Kanada ötən il ABŞ-ın əsas ticarət tərəfdaşlarından biri olub - ölkə ABŞ-a 349 milyard dollar, ABŞ-dan isə 413 milyard dollar dəyərində mal tədarük edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
ayna.az

1Sources