EN

"Arif Babayev mənim üçün fenomendir" - ƏLİ MİRƏLİYEV DANIŞDI

"Arif Babayev Azərbaycan muğam sənətində misilsiz insandır. Yəni onun oxuduğu bütün muğamlar, musiqilər, musiqiyə baxışı, musiqiyə olan töhvəsi, onun Azərbaycan xalqı qarşısında özünü bir xanəndə, müğənni kimi yetirməsi – bunların hamısı göz qabağındadır". Bu sözləri SİA-ya açıqlamasında müğənni Əli Mirəliyev deyib.

Onun sözlərinə görə, Arif Babayev mənim üçün fenomendir. O, əvəzedilməz sənətkarlardandır. Təəssüf ki, biz onu bu gün itirdik, itirə-itirə gedirik biz…: "Amma mən bircə Allahdan istəyirəm ki, onun ruhu şad olsun. Onun balaları, onun tələbələri, onun qoyduğu yol yaşasın. Mən Arif Babayev haqqında ancaq bunu deyə bilərəm. Arif Babayev heç vaxt musiqimizi gözdən salmadı. Arif Babayev muğamlarımızı düzgün oxudu. Bəzi insanlar var, nə qədər oxuyurlar, amma sadəcə səsdir, hələ bu onları böyük və ya əvəzedilməz sənətkar etmir. Əvəzedilməz sənətkarı xalq dəyərləndirir. İnsan özü-özünü dəyərləndirə bilməz. Xalq deyir ki, “bəli, bu sənətkar əvəzedilməzdir”.

Necə ki, İldırım Həsənov əvəzedilməzdir, Ağabala Oğuzov, İslam Rzayev, Əbülfət Əliyev… Bu, böyük siyahıdır. Rübabə Muradova, İsmayıl Osmanlı, Şövkət Ələkbərova, Rəşid Behbudov, Müslüm Maqomayev — bunlar hamısı barmaqla sayılan sənətkarlarımız olublar. Ona görə də mən çox kədərlənirəm. Mən də elə bir heyif ki, deyirəm, doğrudan da muğamın sahibsizliyini görürəm. Dünən AZTV-də Muğam müsabiqəsi verilişinə baxırdım, orada Mənsum İbrahimov Arif müəllimə can sağlığı arzuladı tezliklə sağalmasını dilədi. Allah kömək olsun, dedi. Bu gün isə siz mənə zəng etdiniz ki, Arif müəllim dünyasını dəyişib. Mən çox kədərləndim. Arif müəllimə Allah rəhmət eləsin".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
5
1
sia.az

2Sources