5 iyul 2025-ci ildə, Mars missiyasının 1555-ci günündə (Sol 1555) “Perseverance”in robot qolunda olan “Watson” kamerası "Rowsell Hill" adlı bölgədə kürəcikləri (sferik daşlar) çəkib.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, 2000-ci illərdə Opportunity rover tərəfindən əvvəllər kəşf edilmiş hematit tərkibli "qarayabənzər" kimi birləşmələrdən fərqli olaraq, bu yeni kürəciklər bazalt quruluşa malikdir və yüksək temperaturda əmələ gəldiyi güman edilir.
NASA alimləri hesab edirlər ki, bu kürəciklər ya vulkanik lavanın sürətlə soyuması, ya da meteoritlərin havada donaraq yerə düşməsi nəticəsində ərimiş materialdan əmələ gəlib.
Bildirilir ki, NASA-nın bu kəşfi Marsın hələ də tətqiq olunmamış dinamik keçmişinə yeni qapılar aça bilər. “Perseverance” komandası araşdırmalarını davam etdirir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”