Şərqi Azərbaycan əyalətinin Binab şəhərinin yük maşını sürücüləri etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Bu barədə yerli işçi hərəkatı fəalları məlumat yayıb.
Məlumata görə, Nəqliyyat İdarəsi binasının qarşısına toplaşan sürücülər yanacaq çatışmazlığı və bahalığına etiraz ediblər.
Bununla yanaşı onlar yüklərin paylanılmasında ayrı-seçkiliyə yol verildiyini bildirilblər.
Qeyd edək ki, iki gün əvvəl də Şərqi Azərbaycanın Ocan (Bostanabad) şəhərinin sürücüləri oxşar problemlərə görə etiraz aksiyası keçiriblər.