EN

Qurban Qurbanova neçə transfer lazımdır - İki, yoxsa üç?

«Qarabağ» ilk cəhddə minimum tapşırığı yerinə yetirdi: Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə yüksəldi, eyni zamanda, Konfrans Liqasına vəsiqə qazandı.
«Şelbrun»la oyunlar bizə göstərdi və hayqıraraq dedi ki, «Qarabağ»a yeni transferlər lazımdır. Bu, mütləqdir və Qurban Qurbanov tələsməlidir. Day vaxt da daralıb, bugünün işini sabaha saxlamamalıdır.
Nəriman Axunzadə ilə irəli getmək olmaz. Gənc hücumçu bu səviyyədə turnirlərdə yalnız təcrübə toplaya, yıxılıb-qalxıb öyrənə bilər. Çempionlar Liqası «bişmiş» forvardların yeridir, qarşıdakı oyunlarda Nərimana ümid bağlamaq intihara bərabərdir.
Yassin Benzianın gedişi «Qarabağ»ın orta sahəsini bir qədər miskinləşdirib. Bekalyo Qurban qurbanovun nə istədiyini hələ mənimsəməyib. Kadi Borges isə məcburiyyətdən meydanın dərinliyinə çəkilib. Marko Yankoviçin zədəsini tez sağalmasını arzu edirik - monteneqrolunun yoxluğu baş məşqçinin Kadinin faydalı iş əmsalını yüksəltməsinə mane olur. Braziliyalı hücumun arxasında və sağ cinahda bir başqa keyfiyyət sərgiləyir.
«Qarabağ»ın müdafiəsi… Bu zonada problemlər yenə qalmaqdadır. «Şelbrun» hər iki qarşılaşmada bir neçə real fürsət yaxaladı. Ən çox da mərkəz hissədən. Ümid Sami Mmaeyə qalıb, o da ki, bu gün tam hazır deyil.
Klubun prezidenti Tahir Gözəl Qurban Qurbanovun ondan iki mövqeyə transfer istədiyini açıqlayıb - hücum və yarımmdafiəyə. Yaxşı olardı ki, baş məşqçi başqandan arxa xəttə də transfer istəyərdi. Mmanenin ideal formaya düşməsi vaxt alacaq, Bəhlul Mustafazadə ilə Kevin Medinanı isə tanıyırıq - hər matçda kobud səhvə açıqdırlar.

MUSA

Chosen
25
sportinfo.az

1Sources