EN

Ələtdə yol qəzasında 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1

Avqustiun 1-də saat 02:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2001-ci il təvəllüdlü (qadın cinsli) Salyan Rayon Mərkəzi Xəstəxanasının hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

"Ona başın digər nahiyələrinin açıq yarası, qapalı kəllə-beyin travması diaqnozu təyin edilib. Hazırda xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", məlumatda deyilir.

Günay Elşən

***

10.54

Bu gün saat 08:00 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 70-ci kilometrliyində Zaman Orucovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi ilə Vüsal Əliyevin idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsi toqquşub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində Zaman Orucovun avtomobilindəki iki sərnişin aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan avtomagistral yollarda hərəkət zamanı sürət həddini nəzarətdə saxlamağı, ara məsafəni düzgün tənzimləməyi, sükan arxasında heç bir halda əlavə diqqət yayındırıcı hərəkətlərə yol verməməyi xahiş edir”- deyə, məlumatda qeyd edilib.

***

09.21

Ələtdə yol qəzası baş verib.

APA xəbər verir ki, qəza zamanı "Niva" və 2 "Toyota" markalı avtomobillər toqquşub.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Chosen
8
2
apa.az

3Sources