"Ümidvarıq ki, bu məsələ danışıqlar yolu ilə öz həllini tapacaq. Bu amalda səy göstəririk",- bəyanatda vurğulanır.
![]() |
Tramp tarifləri artırıb |
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamla "qlobal ticarəti Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədilə" onlarla ölkəyə yüksək tariflər irəli sürülüb. İxrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Hindistan üçün 25%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub. Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10%-də qərarlaşıb.
Firudin Həmidli
AzVision.az