EN

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 4 avqust tarixinə kimi uzadılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumat yayıb.

Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

Qeyd edək ki, 24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib. Elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşmalı idi.

Chosen
5
49
konkret.az

10Sources