EN

Xalq artisti Arif Babayevin vida və dəfn yerləri açıqlandı

Xalq artisti Arif Babayevin nəşi Təzəpir məscidinə aparılıb...

Bu barədə Oxu.Az-a onun oğlu Yaşar Babayev məlumat verib.

O qeyd edib ki, A.Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq:
"Atam I Fəxri xiyabanda dəfn olunacaq".

***

Xalq artisti Arif Babayev bu gün səhər saatlarında Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində vəfat edib.

Bu barədə Oxu.Az-a Mərkəzi Klinikadan məlumat verilib.

Bildirilib ki, bu gün səhər saat 06:30 radələrində Xalq artisti, görkəmli ictimai xadim, sevimli muğam ustadı Arif İmran oğlu Babayev Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hər tərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat etmişdir.

***

Xalq artisti Arif Babayev vəfat edib.

Poliqon "Report"- a istinadən xəbər verir ki, o bu gün vəfat edib.

Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib.

Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.

Arif Babayev muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb, eləcə də onun ifasında bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq Azərbaycan Dövlət Televiziyasının "Qızıl fond"una daxil olmuşdur.

1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunan xanəndə 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb və üzun müddət Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib.

"Şöhrət", "Şərəf", "İstiqlal" ordenli Xalq artisti 2 fevral 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, 8 may 2025-ci ildə isə Heydər Əliyev Mükafatı ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!

Poliqon.info

Chosen
109
34
poliqon.info

10Sources