EN

Azərbaycanlı futbolçu yeni klubunda ardıcıl 2-ci oyunda qol vurdu

Azərbaycanlı futbolçu Orxan Əliyevin formasını geyindiyi “Ozqon” Qırğızıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Talant” ilə qarşılaşıb. Matç “Ozqon”un qələbəsiylə başa çatıb.

Orxan bu görüşdə start heyətdə meydana çıxıb və komandasının ilk qolunu vurub. Bu, hücumçunun ardıcıl ikinci oyundakı ikinci qoludur.

“Ozqon” 15 oyundan sonra 22 xalla 6-cı sıradadır.

Chosen
31
1
futbolpress.az

2Sources