EN

Daha bir təyyarə qəzaya uğradı

Kanadanın paytaxtı Ottavada kiçik bir təyyarənin hava limanı yaxınlığına düşdüyü bildirilib.

"Cebheinfo.az" “CBC News” kanalına istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 18:00 radələrində baş verib.

Hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım qrupları cəlb olunub.

Təyyarədə neçə nəfərin olduğu və ya xəsarət alanların olub-olmadığı barədə hələlik rəsmi açıqlama verilməyib.

Ottava polisi, hava limanı yaxınlığında baş verən qəza səbəbilə bəzi yolların nəqliyyat üçün bağlandığını açıqlayıb.

Ərazidə yaşayan bir nəfərin paylaşdığı fotoda təyyarənin ağacların arasına sıxışdığı görünür.

Chosen
45
cebheinfo.az

1Sources