EN

Epizootoloji monitorinqlər keçiriləcək

Bakı. Trend:

Cari ilin 11-22 avqust tarixlərində respublika ərazisindəatların, arıların və donuzların həssas olduqları xüsusi təhlükəlixəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinəməqsədilə diaqnostik nümunələr götürüləcək.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) məlumat yayıb.

Bildirilir ki, təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıqnorma və qaydalarına əməl olunması üçün maarifləndirmə-təbliğattədbirləri həyata keçiriləcək, epizootoloji məlumatlar toplanaraqtəhlil ediləcək.

"Tədbir müddətində müşahidə aparılacaq ərazilər və epizootolojivəziyyət barədə məlumatlar müvafiq elektron sistemə daxilediləcək.

Monitorinqdə AQTA-nın, Qida Təhlükəsizliyi İnstitutunun və KəndTəsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyininmütəxəssisləri iştirak edəcəklər", - qurumdan əlavə olunub.

Məqalədə:
Chosen
72
az.trend.az

1Sources