Müğənni Gülben Ergen, Bakırköy Meydanında keçirilən aksiya zamanı Mattia Ahmet Minguzzinin anası Yasemin Minguzziyə dəstək olub.
Day.Az shownews.az-a istinadən xəbər verir ki, o, gənc yaşında qətlə yetirilən Mattianın anasının ədalət axtarışına qatılaraq, bu acı hadisəyə cəmiyyətin diqqətini çəkməyə çalışıb.
Gülben Ergenin dəstəyi sosial mediada da geniş rezonans doğurub.