EN

İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir

İrlandiya hökuməti ümumi orta təhsildə (Leaving Certificate) yeni qiymətləndirmə modelinə keçir. 9 fənni əhatə edəcək bu sistemdə qiymətlərin 60 faizi yazılı imtahanlardan, 40 faizi isə layihə, təqdimat və digər davamlı qiymətləndirmələrdən ibarət olacaq.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, İrlandiya Təhsil Nazirliyi bu dəyişikliklərin şagirdlərə daha çox yaradıcı və praktik bacarıqlar qazandıracağını iddia etsə də, müəllimlər ittifaqları ciddi narahatlıqlarını dilə gətiriblər.

Onlar bildirirlər ki, bu cür qiymətləndirmə sisteminə keçid üçün nə yetərli vaxt, nə də lazımi metodiki və texniki resurslar təmin olunub.

Müəllimlər həmçinin vurğulayırlar ki, layihə və təqdimatlara əsaslanan sistem qiymətləndirmədə subyektivliyi artıracaq, müəllimlərin iş yükünü isə ikiqat artıracaq. Onların fikrincə, dəyişikliklər bu formada və bu tempdə tətbiq olunarsa, təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Hazırda İrlandiya Təhsil Nazirliyi bu məsələdə geri addım atmır və yeni sistemin 2026-cı ildən etibarən tam şəkildə tətbiqini planlaşdırır.

Chosen
5
azedu.az

1Sources