EN

Azərbaycan dilinin qorunması və inkişafı dövlətimiz üçün prioritet məsələdir - Kamaləddin Qafarov

Bakı. Trend:

Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq Sovetİttifaqının tərkibində mövcud olan respublikaların ictimai-siyasihəyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİKonstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılmasıprosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana diliməsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət və siyasi iradətələb edirdi.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

O bildirib ki, həmin dövrdə əksər milli respublikalarınrəhbərləri ana dili məsələsini gündəmə gətirməkdə aciz idi.

“Lakin Azərbaycanda ana dilimizin dövlət dili statusu almasıuğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətlimövqeyi bu məsələdə də tarixi nailiyyətin əldə olunmasına möhkəmzəmin yaratdı. Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlətdili kimi yaşamaq hüququ uğrunda mübarizədə bütün qüvvələrisəfərbər edə bildi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyasıhaqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki,Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq anadilində oxumaq imkanı ilə təmin olunur. Ulu Öndər Heydər Əliyev vargücü ilə Azərbaycan SSRİ-nin Konstitusiya layihəsinə ana dilimizindövlət dili olması barədə maddə salınmasına çalışırdı. Kremldəoturan partiya və hökümət rəhbərlərinin müxtəlif bəhanələrləyaratdıqları bütün ciddi maneələrə baxmayaraq, Ulu Öndər yaranmışağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşür vəonunla danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusununKonstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Nəticədə27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına“Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavəolundu”.

Millət vəkili daha sonra Ulu Öndər Heydər Əliyevin bir sıraqanunverici təşəbbüslərinin Azərbaycan dilinin inkişafında mühümrol oynadığını diqqət mərkəzinə çəkib:

“1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasıhazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəliftəkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətindəana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Genişmüzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu iləqəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində AzərbaycanRespublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksinitapmışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətininmüəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımındanmüstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinintəkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmandövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtivaedir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sözügedənFərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət DilKomissiyası yaradılmışdır. Ümummilli Liderin “Azərbaycan əlifbasıvə Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdəAzərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bumənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindənqorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səylərixalqımız üçün əvəzedilməz töhfələrdir.”

Daha sonra K.Qafarov bu gün ölkəmizdə dövlət dilinin qorunmasıvə inkişafı məsələlərinin daim diqqət mərkəzində saxlandığınıvurğulayaraq deyib:

“Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinəçevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbərtribunalarından eşidilməsi də Ümummilli Lider Heydər Əliyevtərəfindən əsası qoyulan dil siyasətinin uğurla həyatakeçirilməsinin nəticələridir. Ölkə Prezidenti İlham Əliyevtərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilindəlatın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çapolunacaq əsərlərin siyahısı hazırlanır. Müasir dövrün tələblərinivə reallıqlarını nəzərə alan Prezident İlham Əliyevin “Azərbaycandilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğunistifadəsinə və ölkədə dilçiliyin inkişafına dair DövlətProqramı”nı təsdiq etməsi, milli-mənəvi varlığımızın sübutu olanana dilimizin saflığının və zənginliyinin qorunması baxımındanmüstəsna əhəmiyyət kəsb edir”.

Məqalədə:
Chosen
27
36
az.trend.az

10Sources