EN

İran danışıq tonunu dəyişməlidir

Tehran İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlara dair bəyanatlarının tonunu dəyişməlidir. 

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp belə hesab edir: "Onlar deməli olduqlarını demirlər".

Vaşinqton administrasiyasının rəhbəri qeyd edib ki, Tehran ABŞ-la məsləhətləşmələrin növbəti raundunda iştirak etməyə hazır olduğunu bildirməyib: "Onlar doğru olanı demirlər. Onlar nəzakətlə danışmırlar, halbuki məhz belə danışmalıdılar".

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində deyib ki, "ABŞ danışıqların ortasında İrana niyə hücum etdiyini izah etməli" və "bir daha təkrarlanmamasını təmin etməlidir". O, həmçinin hesab edir ki, Birləşmiş Ştatlar "İrana vurduğu zərəri kompensasiya etməlidir". Əraqçi qeyd edib ki, Vaşinqtonla danışıqların davam etdirilməsi ehtimalı hələ də qalmaqdadır, lakin indi İranda çoxları ABŞ-ın diplomatik təşəbbüslərinə çox etimadsızdır. Dövlət Departamenti Əraqçinin danışıqlar prosesini bərpa etmək üçün Vaşinqtonun ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri nəticəsində vurduğu ziyanı kompensasiya etməli olduğu barədə bəyanatlarını gülünc adlandırıb.

Tramp isə Tehranın öz potensialını bərpa etməyə çalışdığını görərsə,  İranın nüvə obyektlərinə təkrar zərbələr endirməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
2
olaylar.az

3Sources