EN

Azərbaycanın ümumi dövlət borcunun məbləği açıqlanıb

2025-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695,6 milyon manat olub.

Banco.az bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu, 2025-ci il üzrə 130.662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizini təşkil edib. Ümumi dövlət borcunun 8.518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17.177,4 milyon manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
17
26
banco.az

10Sources