Türkiyənin qərbində ardıcıl 4 zəlzələ olub.
Bakues.az bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunmas Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanların episentri Kütahya vilayətinin Simav rayonu olub. Dörd orta güclü zəlzələnin 5 dəqiqəlik intervallarla baş verdiyi və Simavda qısa müddətli təşvişə səbəb olduğu bildirilir.
Zəlzələlərin vaxtı və gücü aşağıdakı ardıcıllıqla olub:
07.15 – 3,4 bal
07.16 – 3,8 bal
07.17 – 3,8 bal
07.20 – 3 bal.
Zərərçəkənlərin və dağıntıların qeydə alınmadığı bildirilir.