EN

Arif Babayevin təhsil və sənət yolu...

Xəbər verdiyimiz kimi Xalq artisti, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, professor, muğam sənətinin tanınmış ustadı Arif Babayev ömrünün 87-ci ilində vəfat edib. Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib.

AzEdu.az Arif Babayevin təhsilinə nəzər salıb.

Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963–1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb.

O, Seyid ŞuşinskiXan ŞuşinskiZülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olmuşdur.

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlamışdır. Daha sonra 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunmuşdur.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik etmişdir. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.

Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük ifa etmişdir. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunmuşdur.

Mükafatları

"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 yanvar 1978

"Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 mart 1989

"Şöhrət" ordeni — 19 fevral 1998

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

"İstiqlal" ordeni — 15 fevral 2008

"Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2010

"Şərəf" ordeni — 20 fevral 2018

Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20 fevral 2023

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024

Heydər Əliyev Mükafatı — 8 may 2025

Filmoqrafiya

Şur (film, 1967)

Üzeyir ömrü (film, 1981)

Ver sözə ehya ki... (film, 1989)

Havalansın Xanın səsi (film, 2001)

Muğam (veriliş, 2007)

Muğamat var olan yerdə… (film, 2009)

Chosen
83
2
azedu.az

3Sources